Nəqliyyatda Baş Polis İdarəsində yeni mərkəz istifadəyə verildi

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Vetaranlar Şurasının yeni inzibati mərkəzinin açılışı olub. Açılış mərasimində NBPİ-nin, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəhbərliyi və Veteranlar Şurasının üzvləri iştirak ediblər. Onlar yeni istifadəyə verilən mərkəzdə yaradılan şəraitlə tanış olublar. Tədbirdə çıxış edən NBPİ-nin rəis müavini, polis polkovniki Rövşən Eyyubov ölkə və DİN rəhbərliyinin veteranlara daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, bütün ərazi polis orqanlarının nəzdində veteranlar şuralarının fəaliyyət göstərdiyini bildirib, cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında keçmiş paqondaşlarımızın əməyinin danılmaz olduğunu vurğulayıb.
Qeyd edilib ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə bu qurumda da Veteranlar Şurası təsis edilib. Onların fəaliyyət göstərmələri üçün müvafiq yer ayrılması barədə Baş İdarə rəhbərliyinin “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə müraciəti də müsbət həll olunub. Bakı Dəmir Yolu Vağzalında polis veteranları üçün ayrılmış mərkəz Nazirliyin aidiyyatı qurumları və NBPİ rəhbərliyi tərəfindən ən müasir standartlara cavab verən bütün lazımi avadanlıqlarla, texniki vasitələr və qurğularla təchiz edilib.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev, NBPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı Yalçın Qarayev, DYNPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Nizami Qarayev çıxış edərək polis veteranlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
NBPİ-nin Veteranlar Şurasının sədri Tunc İsmayıl veteranlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirib.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ













