Nəsimidə yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi - FOTO - VİDEO

Yol polisi 4 May 2026 18:18
Nəsimidə yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.

Avtosfer.az-ın xəbərinə görə, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.

Xatırladaq ki, ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı tədbirlər davam etdirilir.

FOTO QALEREYA
Oxunub : 362
ŞƏRH YAZ
Ad

E-mail

Şərh