Nəsimidə piyada təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO

Piyadaların yol hərəkətində təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Bu çərçivədə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına yönəlmiş növbəti tədbir həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidləri olmasına baxmayaraq həmin keçidlərdən istifadə etməyən, nəqliyyatın intensiv hərəkət etdiyi yollarda hərəkət edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi, eləcə də bu qaydaların insan həyatının qorunmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, piyadaların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə bu cür profilaktik tədbirlər ölkə ərazisində mütəmadi olaraq davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














