Nəsimidə polis gecə reydi keçirdi; axtarışda olanlar, sərxoş halda maşın sürənlər tutuldu - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 8 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt aşkarlanıb. Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotik maddələrin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 3 və dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb. Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, dəbilqədən istifadə etməyən motosiklet sürücüləri müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. Sərnişin avtobuslarında isə nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi və sürücülərin tibbi müayinəsinin təşkili yoxlanılıb. Nəsimi rayonunda bu cür neqativ hərəkətlərə yol verən avtobus, moped və motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər davam etdirilir.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev














