Banner

Nəsimidə yol polisi reyd keçirdi; qayda pozanlar CƏRİMƏLƏNDİ - VİDEO

Yol polisi 19 May 2025 13:00 Oxunub 2452
Nəsimidə yol polisi reyd keçirdi; qayda pozanlar CƏRİMƏLƏNDİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Nəsimi rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib.

Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, kifayət qədər sayda sürücünün idarə etdiyi avtomobildə zərərli qazlarının mqidarının çox olması müşahidə edilb. Qaydaları pozan sürücülərin hər biri cərimələnib.

Səfər

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh