Banner

Nəzarətsiz qalan azyaşlılar yol polisi tərəfindən son anda xilas edildi - VİDEO

Yol polisi 4 Fevral 2025 11:41 Oxunub 436
Nəzarətsiz qalan azyaşlılar yol polisi tərəfindən son anda xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilər|

Respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək özlərini təhlükəyə atan piyadalara rast gəlinir.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) nməlumat yayıb.

Bildirilib ki, Bakı-Quba avtomobil yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınan bu görüntülərdə isə yolda nəzarətsiz qalan azyaşlıların köməyinə yenə də ərazidə xidmət aparan YPX Alayının əməkdaşları çatıb.

Baş Dövlət Yol Polisi İdarəsi valideyn məsuliyyətsizliyindən qaynaqlanan belə halların həmişə xoş sonluqla bitmədiyini xatırladır və bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə, hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır.

https://avtosfer.az/az/yol-polisi/yol-polisinden-valideynlere-cagiris-usaqlarinizi-diqqetsiz-qoymayin-vi%CC%87deo-271784

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh