Banner

Nizamidə yol polisi "Təmiz hava" aylığı çərçivəsində tədbirlər keçirdi - VİDEO

Yol polisi 9 Oktyabr 2024 17:15 Oxunub 846
Nizamidə yol polisi "Təmiz hava" aylığı çərçivəsində tədbirlər keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Nizami rayonu ərazisində "Təmiz hava" aylığı çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində sürücüləri saxlayıb və xüsusi texniki qurğu vasitəsilə avtomobillərdın ixrac olan zəhərli qazların miqdarı yoxlanılıb.

Tədbir zamanı sürücülərlə profilaktiki söhbətlər aparılıb və onlara qanunun tələbləri izah edilib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis mayoru Fuad Sultanov sürücülərə "Təmiz hava aylığı" barədə məlumat verib. 
Tədbir zamanı əksər avtomobillərdə zərərli qazların miqdarı normalar çərçivəsində olub. Atmosferə normadan az artıq zərərli qazlar ixrac edən avtomobillərin sürücülərinə xəbərdarlıq edilib. 

Avtomobili nasaz vəziyyətdə olan və zəhərli qazların miqdarı yüksək olan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.

Qeyd edək ki, tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh