Nömrəsiz maşınla yol polisini vuran sürücü onu kapotun üstündə sürüdü - VİDEO

Sosial şəbəkələrdə yol polisi əməkdaşlarının şəhərin mərkəzində “Chevrolet Malibu” markalı avtomobilin sürücüsünü saxlamasını əks etdirən video yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Özbəkistanın Daşkənd şəhərində qeydə alınıb. Məlum olub ki, sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq inspektoru vurub. Sonra isə onu bir müddət avtomobilinin kapotunda sürüyüb.
Baş Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Mirabad rayonu Nukusskaya və Abdulla Kahhara küçələrinin kəsişməsində qeydə alınıb. İdarədən bildirilib ki, gənc oğlan avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə edib.
Bundan başqa, nəqliyyat vasitəsinə qanunsuz olaraq xüsusi antena və siren quraşdırıb. Cinayətkar yüksək sürətlə hərəkət edərək ətrafındakılara təhlükə yaradıb. Yol polisi əməkdaşlarının dəfələrlə saxlamağı tələb etmələrinə baxmayaraq, sürücü onlara məhəl qoymayaraq maşını idarə etməyə davam edib. Üstəlik, yaxınlaşan müfəttişi avtomobillə vurub və Nukusskaya küçəsi ilə onu kapotunda sürüyüb. Xəsarət alan asayiş keşikçisinə ilkin tibbi yardım göstərilib.
Fakt əsasında Mirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 219-cu ("Hakimiyyət nümayəndəsinə və ya vətəndaşlıq borcunu yerinə yetirən şəxsə müqavimət göstərmək") maddəsi ilə cinayət işi başlanıb. Hazırda faktla bağlı ilkin araşdırma aparılır.
Yerli hüquq-mühafizə orqanları bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə və yol polisi əməkdaşlarının tələblərinə hörmət etməyə çağırır.
Namiq Musayev
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO
"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO











