O məşhur videonun qəhrəmanı bu yol polisi imiş - FOTO-VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis serjantı Tusi Kamal oğlu Bayramzadə Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan bir yeniyetmə qızı görür. Həmin uşaq nə az, nə çox düz dörd saat qurğular arasında insanlardan kömək istəyir. Bu anı görən polis serjantı xidməti maşınının mayakını yandıraraq geriyə hərəkət edir. Bu istiqamətdə sürət həddi saatda 110 kilometrdir. Çətin vəziyyətdə olan qız uşağına köməklik göstərir və hərəkətin təhlükəsizliyini təmin etməklə yolun o biri hissəsinə keçirir.
Təbii ki, bu səhnəni çoxları görüb və heç bir sürücü avtomobili saxlayıb yeniyetməni həmin yerdən götürməyib. Polis serjantı Tusi Bayramzadə deyir ki, mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki, bu addımı atım. Əgər o qız uşağını həmin an çətin vəziyyətdən qurtara bilməsəydim özümü bağışlaya bilməzdim.
Bundan əlavə, Tusi Bayramzadə Bakı-Quba avtomobil yolunda hər gün gəlib duran və hərəkətin təhlükəliyinə şərait yaradan bir sahibsiz qadını və onun uşağını da "Xəzər"TV-də yayımlanan verilişin aparıcısı Xoşqədəm Hidayətqızına təqdim edib. Bundan sonra həmin qadını işə düzəldiblər və sığınacaqla təmin ediblər.
Ümüumiyyətlə, 1-ci tağımın əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı, qəza vəziyyətində olan sürücülərə, sərnişinlərə həmişə kömək göstəriblər. Bu barədə tağım komandiri, polis mayoru Ürfət Şükürov da öz fikirlərini bildirib. Tusi Bayramzadə haqqında isə tağım komandiri dedi ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən "Əla xidmətə görə" döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb. Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq.
Qeyd edək ki, bu ilin avqustunda Avtosfer.az saytı, Jurnalistika və İnkişaf Mərkəzi, eləcə də "Digesta" hüquq firması bir qrup DYP əməkdaşını xidmətdə fərqləndiklərinə görə mükfatlandırıb. Onların arasında Tusi Bayramzadə də var. O bir daha sübut etdi ki, bu mükafata həqiqətən da layiqdir...
adalet.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













