Olimpiya Stadionunda təhlükəsizlik yüksək səviyyədə idi – FOTO

İdman tariximizə yazılacaq günlərdən biri olacaqdı dünən. Əslində Avropanın ən güclü futbol komandaları sırasında Çempionlar Liqasına düşməklə “Qarabağ” artıq tarix yazıb. Ölkəmizdə idmana göstərilən diqqət və qayğını komandamız bir daha nümayiş etdirdi. Rəqibin adı gələndə “Oyunun taleyi artıq həll olunub”, “Çelsi” qalibdir” deyənlər də yanıla bilərdilər. Çünki bu idmandır, hər an sürpriz gözləmək olar.
“Çelsi” təhlükəsiz, azad bir ölkəyə gəlmişdi. Niyə belə yazdığımızı bir qədər sonra açıqlayacağıq. Havanın soyuq olması azarkeşlərin futbolu izləmək əzmini qırmamışdı, onlar futbolumuza, “Qarabağ”ımıza dəstək olmağa gəlmişdilər. Olimpiya meydanı insan selinə qərq olmuşdu.
Daxili işlər orqanlarının və Təhlükəsizlik xidmətinin əməkdaşları həmişə olduğu kimi, bu dəfə də vəzifə başındaydılar. Stadiona giriş üçün azarkeşlərin yoxlanılmasından, öz yerlərini tutmalarına qədər hər şey onların nəzarətində idi. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu göz qabağındaydı. Bunlar öz yerində, həm də onlar “Qarabağ”ımızın azarkeşiydilər.
Rəqib komandanın tərəfdarlarının da təhlükəsizliyi xüsusi diqqət mərkəzindəydi. Hər hansı bir xoşagəlməz hadisənin, neqativ halın qarşısını almaq üçün öncədən bütün lazımi tədbirlər görülmüşdü.
Yetmiş minə yaxın azarkeşi oyun bitəndən sonra gedəcəkləri ünvana istiqamətləndirməyi bir anlıq təsəvvür edin. Bunun da öhdəsindən gəldik. Arasında körpə uşaqların belə olduğu izdihamı heç bir problem yaşamadan, tam təhlükəsiz şəraitdə, əvvəlcədən təyin olunmuş avtobuslar mənzil başına çatdırdılar.
Bəli, görünən dağa bələdçi lazım deyil. Xüsusilə də sağlamlıq imkanları məhdud olanlara polis əməkdaşlarımızın xoş münasibət sərgiləməsi, stadionu daha rahat şəkildə tərk etmələri üçün yaradılan şəraiti insanlar razılıqla qarşıladılar.
Bir gün də beləcə tarixə qovuşdu, hər gün olduğu kimi, o gün də əməkdaşlarımızın çətin və məsuliyyətli xidmətindən gördüklərimizi, çəkdiklərimizi sizlərlə bölüşdük. Həm də əsassız olaraq polisdən gileylənənlərə mesaj ünvanladıq.
Polis səni, məni bir sözlə, hər birimizi qorumaqla, Vətəninə, dövlətinə və xalqına qanıyla, canıyla xidmət edir.
Hafiz Təmirov, Zeyni Hüseynov
DİN Mətbuat Xidmətinin əməkdaşları
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















