Onun yerinə kim gətiriləcək? - Naxçıvan DİN kollegiya iclasına toplandı

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov iyulun 28-də vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla müvafiq sərəncam imzalayıb. Xatırladaq ki, polis general-leytenantı Əhməd Əhmədov 2000-ci ildən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışırdı. Avtosfer.az-ın modern.az-a istinadən məlumatına görə, Əhməd Əhmədov yola salınandan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair kollegiya iclası keçirilib. İclasda cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə polis orqanlarının fəaliyyətinin nəticələri müzakirə olunub. Kollegiya iclasına daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov rəhbərlik edib. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə də hazırda Səbuhi Novruzov rəhbərlik edir. Onun tezliklə nazir postuna təsdiqlənəcəyi bildirilir. Kollegiya iclasında general Səbuhi Novruzov bəhs olunan dövr ərzində qazanılan uğurlardan söhbət açıb, bununla yanaşı, işdə buraxılan nöqsanları ətraflı təhlil edib, bu nöqsanların tezliklə aradan qaldırılmasını qarşıda duran başlıca vəzifə kimi kollegiya iştirakçılarının nəzərinə çatdırıb, gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.
Səbuhi Novruzov muxtar respublika daxili işlər orqanlarının fəaliyyətində 2017-ci ilin 6 ayında görülən işləri dəyərləndirib. O, nizam-intizamın möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunması üçün müvafiq tapşırıqlar verib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












