Ötən il 88 min piyada cərimələnib

2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, ötən il qəzaların sayında azalma müşahidə edilir, ancaq piyadaların vurulması ümumi hadisələrin yarıdan çoxunu təşkil etdiyindən narahatlıq doğurur:
“Yenə də piyadaların vurulmasının piyada keçidlərinin yaxınlığında baş verməsinin şahidi oluruq. Bu da təbliğat işlərinin daha da gücləndirilməsinə, eyni zamanda praktiki tədbirlərin keçirilməsinə zərurət yaradır. Təbliğat işinin gücləndirilməsində mətbuat da öz dəstəyini əsirgəməməlidir. Piyadalar da sürücülər kimi svetoforun işıqlarının tələblərinə əməl etməlidirlər. Piyadalar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə diqqət yetirməli, xüsusilə günün qaranlıq vaxtları, həmçinin işıqlanmayan ərazilərdə daha diqqətli olmalıdırlar. Piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində süni sıxlığın yaşanmaması üçün piyadalar ən azı nəqliyyat vasitəsinin tam dayandığını yəqin etdikdən sonra hərəkət etməlidirlər. Piyadalar unutmasınlar ki, yaxınlaşmaqda olan avtomobil texniki cəhətdən nasaz ola bilər, əyləc sistemi işləməyə və ya sürücü diqqətsiz ola bilər. Piyadaları nizam-intizama, sürücüləri sükan arxasında olarkən diqqətli olmağa dəvət edirəm, eyni zamanda, mətbuatı bu istiqamətdə maarifləndirmə işini gücləndirməyə çağırıram”.
V.Əsədov əlavə edib ki, ötən il ərzində 88 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












