Parketmə qaydasını pozan avtomobillərin şəklini adi vətəndaş da çəkə bilər - DYP

Son vaxtlar park edilməsi yasaq edilən yerlərdə saxlanılan maşınların şəkillərinin həmin ərazilərdə küçə ticarəti və ya xırda ticarətlə məşğul olan adi vətəndaşlar tərəfindən çəkilərək DYP əməkdaşlarına ötürüldüyü ilə bağlı iddialar səslənməkdədir. Maraqlıdır, sözgüdən avtomobillərin şəkillərinin sadə vətəndaşlar tərəfindən çəkilərək DYP əməkdaşlarına verilməsinə qanun icazə verirmi? Bu cür halda həmin avtomobillərin sürücüləri cərimələnə bilərmi? 24saat.org-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələyə aydınlıq gətirib: “Nəqliyyat vasitəsinin sürücüsü avtomobilin içərisində oturubsa, parketmə qaydasını pozubsa, o halda da onun şəkli çəkilmir. Sadəcə, inspektor tərəfindən həmin sürücüyə protokol tərtib olunur. Vətəndaş parketmə qaydasını pozan avtomobillərin şəkillərini çəkib polis əməkdaşına göstərə bilər. Amma onların həqiqətə uyğun olub-olmaması istənilən halda yoxlanılmalıdır. Əgər fakt doğrudursa, sürücü dəvət olunub onun haqqında müəyyən tədbir görülə bilər. Amma burada montaj, kiminsə kimdənsə xoşunun gəlməməsi, qərəz və s. də ola bilər. Ona görə də bu məsələlərin hamısı araşdırılmalıdr.
Hansısa avtomobil parketməq aydasını pozubsa, vətəndaş öz vətəndaşlıq mövqeyini ortaya qoyub onun şəklini çəkə, polisə məlumat verə bilər. Qaydanı pozduğu iddia edilən şəxsin qaydanı pozması öz təsdiqini taparsa, həmin sürücü məsuliyyətə cəlb oluna bilər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












