Banner

Paytaxtın mərkəzi prospektlərinin birində asfalt örtüyü dəyişdirilir - DYP-dən MÜRACİƏT

Yol polisi 25 Fevral 2023 10:00 Oxunub 1386
Paytaxtın mərkəzi prospektlərinin birində asfalt örtüyü dəyişdirilir - DYP-dən MÜRACİƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində mərkəzi prospektlərin birində asfalt örtüyü dəyişdirilir.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül prospekti ilə kəsişməyədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir-bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik”, - deyə o qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh