Pərdə-plyonka ilə bağlı reydlər başladı - Xeyli sürücü cərimələnib - FOTO

Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə tədbirlər həyata keçirilib. Bu gün bir neçə saat ərzində keçirilən reyd zamanı avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib edilib.
Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Toğrul Nəsirli,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















