“Piyada keçidi - Təhlükəsizlik əməliyyatı” - FOTOLAR

“Piyada keçidi-Təhlükəsizlik əməliyyatı” layihəsi çərçivəsində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları ilə Qafqaz Universitetinin müəllim və tələbə heyətinin işgüzar görüşü keçirilib. Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsindən Avtosfer.az-a verilən məlumata görə, görüşdə yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə dair təbliğat işlərində müasir innovasiyaların, yol qəza hadisələrinə səbəb olan amillərin aradan qaldırılması yolları müzakirə olunub.
Universitetin rektoru, professor Ahmet Saniç rəhbərlik etdiyi təhsil müəsisəsinin mövcud imkanları barədə məlumat verib, ictimai təhlükəsizliyin təmin olunmasında polisinin peşəkarlığına toxunaraq vurğulayıb ki, ictimai asayişin dayanıqlı olmasında polisin fəaliyyəti cəmiyyətdə rəğbətlə qarşılanır. İnsanların həyat və sağlamlığını, hüquq və azadlıqlarını, qanuni mənafelərini qoruyan polisin Qafqaz Universiteti ilə birgə maarifləndirmə layihələrinə dəstəyinin əhəmiyyətini qeyd edən rektor gələcəkdə bu istiqamətdə ardıcıl tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, asayiş keşikçilərinin əsas tələbi ondan ibarətdir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bölmə rəisi diqqətə çatdırıb ki, yol polisi müasir dövrün çağırış və təhdidləri ilə bağlı sistemli və ardıcıl şəkildə maarifləndirmə və təbliğan işlərinin genişlənməsinə həssas yanaşır.
Görüşdə universitetin tədris işləri üzrə prorektoru Cihan Bulut, elm işləri üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Niftalı Qocayev, kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, karyera planlama şöbəsinin müdiri İlkin Məcidov, “Qafqaz TV”nin icraçı direktoru Rüfət Quliyev, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev iştirak edib.
Qarşılıqlı maraq doğuran müzakirələrdə xüsusi olaraq vurğulanıb ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün o qədər həssas mahiyyət daşıyır ki, ölkəmizin beynəlxalq imicinin formalaşmasına olduqca müsbət təsir göstərir. Görkəmli elm xadimlərinin iştirak etdiyi görüşdə diqqətə çatdırıldı ki, qeyd-şərtsiz olaraq, yüksək vətəndaşlıq keyfiyyətlərinin daşıyıcısı olan insan ictimai təhlükəsizilyin təmin olunması missiyasına tək polisin vəzifəsi kimi yox, həmdə öz məsuliyyəti kimi yanaşmalıdır.
Sonra tədbir iştirakçıları ən müasir avadanlıqla təchiz edilən elmi laboratoriyalar kompleksi ilə tanış olub, tələblərlə görüş keçirib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















