Piyadanın saatda 70-lə vurulması özünü 9-cü mərtəbədən atmaqla eynidir - Sağ qalmaq şansı yoxdur

"Gündəlik həyatımızda elə vərdişlər var ki, onların nə qədər təhlükəli olduğunu yalnız faciə baş verəndə anlayırıq. Sürücülər kimi piyadaların da yol hərəkəti qaydalarına əməl etməsi həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bəzən tələskənlik, diqqətsizlik və ya qaydalara laqeydlik ciddi fəsadlara yol aça bilir. Bu fikirlər təhlükənin real təsviridir və hər birimizi bir daha düşünməyə vadar edir.". Avtosfer.az xəbər verir ki, bu fikirlər DİN Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində əksini tapıb. Qeyd olunub ki, bəzən insanlar hündür binanın pəncərəsindən aşağı baxmaqdan çəkinir, qorxur. Ancaq eyni insanlar yol keçərkən irəliyə düşünmədən addım atır – həyatlarını təhlükəyə ataraq. Hər iki hal həm binadan atılmaq, həm də keçid olmayan yerdən yolu keçmək. Eyni sonluğa aparan risklər daşıyır.
Araşdırmalar göstərir ki, 70 km/saat sürətlə hərəkət edən avtomobilin vurduğu piyadanın sağ qalma ehtimalı cəmi 10–20 faiz təşkil edir. Bu göstərici, özünü 9-cu mərtəbədən atmaqla eyni riski daşıyır. İnsan özünü binadan atmaz, çünki nəticənin faciəvi olacağını anlayır. Bəs niyə eyni təhlükəni dərk etmədən, keçid olmayan yerdən yolu keçir?. "Unutmayaq ki, piyada olaraq bir qaydanı pozmaq, sadəcə inzibati məsuliyyət deyil, bəzən geri dönüşü olmayan bir faciənin başlanğıcıdır. Keçid olmayan yerlərdə yola çıxmaq, diqqətsiz hərəkət etmək təkcə öz həyatınızı deyil, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır".
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlara qaydalara ciddi riayət etməyi, yalnız müəyyən olunmuş keçid yerlərindən istifadə etməyi və yolun hər bir addımında düşünülmüş davranmağı tövsiyə edir.
"Qaydaya əməl et – həyatını qoru".
DYP hava ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












