Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir - FOTOLAR

Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir.
Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər.
Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir.
Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















