Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir - VİDEO

Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Avtosfer.az xəbər verir ki, xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı “Hüquqşünaslıq” və ya “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris azərbaycan dilindədir, müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar. Məzunlara “Hüquqşünaslıq və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə DİO-da müvafiq vəzifələrə təyin edilirlər.
Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrələrinə və Akademiyanın 88-80 qaynar xəttinə zəng edə, yaxud Nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












