Polis Akademiyasında “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirildi - FOTOLAR

DİN-in Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisi, Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, DİN-in Şəxsi Heyətlə İş İdarəsi, DİN-in Mətbuat Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları qonaq qismində iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Tədbir iştirakçıları çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu günün milli qürur, vətənə sevgi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Tədbirin sonunda Zəfər gününə həsr olunmuş “Qarabağ Zəfəri: Xalqın qəhrəmanlıq salnaməsi” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.










Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










