Polis Akademiyasının tələbələrinə bundan sonra kursant deyiləcək

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alanlar bundan sonra kursant adlandırılacaq. Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sənəddə qeyd olunub ki, Əsasnamənin 1-ci hissəsində “müdavim” sözü “kursantına” sözü ilə əvəz edilsin.
Əsasnamənin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı (bundan sonra "Bayraq") şərəf, ləyaqət və şöhrət rəmzi olmaqla Polis Akademiyasının hər bir əməkdaşına, müdavim və dinləyicisinə daxili işlər orqanlarının qəhrəmanlıq ənənələrini, Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən Vətəni mərdliklə müdafiə etmək, ölkənin Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək kimi müqəddəs borcunu xatırlatmaq üçündür.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












