Polis əməkdaşlarını ŞOK-a salmaq istədilər - Bakıda

Bakıda polis əməkdaşlarına hücum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin içtimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşokeri çıxararaq polis əməkdaşlarına yönəldib.
Polis əməkdaşları onu və Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanuni tələbinə riayət etməyə dəvət etdikdə A.Məmmədov bu dəfə üzərində olan bıçaqla qanun qoruyucularına hücüm edərək xəsarət yetirməyə cəhd göstərib. Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Sonradan məlum olub ki, dörd nəfərdən A.Məmmədov və F.Süleymanov əvvəllər məhkum olunmuş şəxsdirlər. Onların hamısı tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












