Polis güləşçilər növbəti dəfə uğur qazandılar

Bu yaxınlarda Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə start götürən Bakı çempionatı artıq başa çatıb. Paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu bu yarışlarda DİN İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər.
Yeri gəlmişkən, o da qeyd olunmalıdır ki, təmsilçilərimiz bu yarışa əvəzedici heyətlə qatılıb. DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı, əməkdar məşqçi İlyas Siracovun bildirdiyinə görə, əvvəlcə döşəyə çıxan sərbəst güləşçilərin yarışında komandamızın üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində çempionatın qalibi olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançılarımızı bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.
Daha sonra yunan-Roma üsulu ilə güləşən paytaxt pəhləvanlarının mübarizəsində isə İdman Cəmiyyətinin yetirmələrindən Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Digər təmsilçimiz Orxan Qəhtiranov isə bürünc medala sahib olub.
Pəhləvanlarımızı bu yarışa polis polkovnik-leytenantları, əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












