Polis həkimlər hamı üçün kitab yazdı – İlk tibbi yardım – FOTO

Bu sərlövhəni yazıya təsadüfən seçmədim. Haqqında söz açacağım kitabda verilən bilgilər, dəyərli tövsiyələr hamıya lazım ola bilər. Söhbət üç təcrübəli həkimin birgə yazdıqları “İlk tibbi yardım” kitabından gedir. Bəzən təsadüflər bizi sınağa çəkir. Keyfimizin, əhvalımızın yaxşı vaxtında, dincəldiyimiz, istirahət etdiyimiz zaman birdən ekstremal vəziyyətlə qarşılaşmalı oluruq.
Bunlar kitabın ön sözündə də verilib, elə özümüz də paqondaşlarımız da belə hallarla daha çox qarşılaşıblar, söhbətlərdə də çox eşitmişik.
Bağda, meşədə dincələrkən ətrafda kimisə ilan, zəhərli həşəratların sancmasına, yaşayış məntəqələrindən aralıda müxtəlif səbəblərdən kiminsə halının pisləşməsinə, yaxud avtoqəzada zərərçəkənə rast gələ bilərik. Bu halda həkim gələnə qədər onların ən azından ağrısını yüngülləşdirməyi, düzgün ilkin tibbi yardım göstərməyi bacarmalıyıq.
Bu sahədə həmkarlarımızın “yaddaşı daha zəngindir”. Hadisə yerinə çıxan, bayır xidməti aparan polis əməkdaşları dəfələrlə qəzaya uğrayan avtomobillərdən çıxardıqları yaralılara, odlu və soyuq silah yarası almış insanlara ilk yardım göstəriblər.
Elə kitabın müəllifləri də vaxtilə hüquq-mühafizə, güc strukturlarında xidmətdə olarkən çox insanı ölümün cəngindən xilas edib, yenidən həyata qaytarıblar. Onlar torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə yaralanmış çox döyüşçülərimizin yaralarına məlhəm qoyublar. Onlardan istefada olan tibb xidməti polkovniki, əməkdar həkim Ramiz Əkbərov vaxtilə rəhbərlik etdiyi DİN-in A.Heydərov adına Respublika Hospital ilə bu gün də işgüzar münasibətlərdədir, gənc əməkdaşlardan, ehtiyacı olan polis əməkdaşlarından köməyini əsirgəmir. İstefada olan tibb xidməti polkovnik-leytenantı Nazim Quliyev, istefada olan tibb xidməti kapitanı Bəhruz Məmmədov da təcrübəli, qayğıkeş, ən başlıcası xəstələrin ümidini doğrultmuş həkimlərdir. Hər üçü hazırda “İstanbul NS” klinikasının aparıcı mütəxəssisləridir.
Elə onların təcrübəsinin nəticəsidir ki, hazırladıqları kitab da həm əhatəli, həm də oxunaqlıdır.
Kitabda tənəffüsün dayanması, nəbzin itməsi, boğulma, qanaxma, qız olma, yanıqlar, günvurma, donma, müxtəlif zədələr, zəhərlənmələr, sancılar, infeksion və qəfləti xəstəliklər zamanı göstərilən ilk tibbi yardım və onun mahiyyəti, zərərçəkmişin daşınma qaydaları barədə ətraflı məlumat verilib.
Ayrı-ayrı vəziyyətləri daha aydın təsvir etmək üçün rəngli illustrasiyalardan istifadə olunub.
Və sonda bir də bu qəbil kitabların hazırlanmasına yaradıcı yanaşma-sağlamlıq haqqında müdriklərin fikirlərin yer alması diqqətimizi çəkdi.
Qərəz alın, oxuyun. Məsəl var, dərman olan yerdə xəstəlik olmaz, elə bu biliklər də dərman kimidir...
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"











