Reklam

Polis İdarəsinin rəhbərliyi döyüldü - Aralarında polkovnik, mayor da var

Yol polisi 20 May 2016 14:23 Oxunub 2824
Polis İdarəsinin rəhbərliyi döyüldü - Aralarında polkovnik, mayor da var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Bakıda istintaq işi ilə bağlı zərərçəkmiş şəxslərlə görüşən Daxili İşlər Nazirliyinin məsul şəxsləri hücuma məruz qalıblar. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əldə etdiyi məlumata görə, təmxinən 1 ay öncə baş verən hadisə ilə bağlı artıq cinayət işi açılıb. Belə ki, Nərimanov rayonunda yaşayan, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Nina İbrahimova 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 15-də saat 18 radələrində Fərman və Samir adlı şəxslər onu döyərək xəsarət yetiriblər. N.İbrahimova heç bir tibb müəssisənə müraciət etməyib.

Hadisə ilə bağlı Bakı şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaqı aparılan zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması haqda qərarın icrası ilə bağlı tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi N.İbrahimovanın yaşadığı evə gəliblər. Nərimanov RPİ-nin vəzifəli şəxsləri Nina İbrahimova, qızı Rəbiyyə və oğlu Anar tərəfindən döyülüb. Belə ki, İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsarət yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vəzifəli şəxslərə qarşı xuliqanlıq törətməkdə ittiham olunan Anar İbrahimov isə həbs olunub.

***

Hadisədə adı hallanan Nina İbrahimova “Qafqazinfo”ya açıqlamasında polisi ittiham edib. Bildirib ki, onlar polisə yox, polis onlara təzyiq göstərib: “Coşqun Orucov bizim “moyka”nın yanında qaraj açıb, sonradan qanunsuz olaraq onu “moyka” kimi işlədirdi. Apellyasiya məhkəməsi onun qanunsuz olması ilə bağlı qərar verib. Aprelin 8-də bizim “uçaskovı” Abusəlim evimizə gəlib dedi ki, Nina xanım, səni Fərman Fərmanov (Nərimanov RPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi) çağırır. Dedi ki, “moyka” məsələsi ilə bağlıdır. Məhkəmənin qərarını götürüb getdim, otağa girən kimi Fərman Fərmanov məni söyüb “sən nə lotuluq edirsən, qoymursan ki, Coşqun “moyka” işlətsin” dedi. Qərarı ona verdim, kağızları üzümə çırpıb Abusəlimə tapşırdı ki, bunun evini nəzarətda saxlayın: "Qızını da, oğlunu da, bunu da atacağam içəri". Aprelin 15-də 82 yaşlı anam rayondan gəlmişdi, oğlum ona görə bizdə idi. Bizim “moyşik” zəng edib dedi ki, polislər gəlib". Daha sonra şikayətçi iddia edir ki, Samir Ağayevlə Fərman Fərmanov ona “moyka”nın bağlanması ilə bağlı xəbərdarlıq ediblər: "Onlardan “moyka”nın bağlanması barədə rəsmi qərar tələb etdim. Bu vaxt gördüm polislər qızımla oğlumu evdən itələyərək çıxarıb gətirirlər. Bütün bunlar videoya çəkilib, orada polislər oğlum Anarla qızıma təzyiq göstərir. Biz də “Qorotdel”ə general Mirqafar Seyidova şikayət etmək üçün getdik. Sonra bizi Nərimanov polisinə gətirdilər, heç bir səbəb demədən gecə saat 1-ə işləmişə kimi orada saxlayıblar. Oğluma deyiblər “yaz ki, mən polisləri dubinka ilə döymüşəm””.

Nina İbrahimova qeyd edir ki, Nərimanov rayon prokuroru Vüqar Əliyevin müdaxiləsindən sonra onun oğlunu buraxıblar: “Allah prokuror Vüqar müəllimin köməyi olsun. Mən çəkdiyimiz videoları diskdə aparıb ona verdim, özü baxdı. Nərimanov polisinin rəisinə zəng edib dedi niyə tutmusuz? Onlar da dedi ki, polisləri döyüb. Vüqar müəllim dedi ki, gir Yutuba bax, gör kim-kimi döyüb. Bundan sonra oğlumun üstündə 221-ci (xuliqanlıq – red.) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə - red.) maddəni götürdülər, özünü də sərbəst buraxdılar. Bunu da Vüqar müəllim etdi. Oğlum neçə gün xəstəxanada yatdı, hələ də sağalmayıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh