Reklam

Polis idmançıları estafeti layiqincə davam etdirir - FOTOLAR

Yol polisi 30 İyun 2017 08:16 Oxunub 1709
Polis idmançıları estafeti layiqincə davam etdirir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN-in İdman Cəmiyyəti ölkəmizdə idmanın inkişafına böyük töhfələr verib

Azərbaycan idmanının inkişafında və tərəqqisində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin öz çəkisi, öz qələbə töhfələri var. Ölkəmizin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi tarixi qələbələrdə qocaman idman və sağlamlıq məbədi sayılan DİN İdman Cəmiyyətinin danılmaz xidmətləri olub. Ötən ilin ən yaddaqalan idman hadisələrindən söz düşmüşkən daxili işlər orqanlarının idmançı əməkdaşlarının yaddaşında uzun müddət yaşayacaq bir tədbiri də xatırlatmaq yerinə düşər. Mayın 13-də DİN-in “Xəzri” Sağlamlıq-İstirahət Mərkəzində Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş iclas keçirilib. Ondan çox xarici ölkə nümayəndə heyətlərinin iştirakı ilə gerçəkləşən bu iclasda yeni istiqamətlər, vəzifələr müəyyənləşib. Tədbirin açılış mərasimində çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov əvvəlcə iclas iştirakçılarını  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından salamlamış, «Dinamo» Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş tədbirin - idman sahəsində gələcək əməkdaşlığımızın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini,   ümumən idmanın - multikultural proses olaraq dostluq, həmrəylik, etika, ədalət, qarşılıqlı hörmət kimi bəşəri dəyərlər ilə səsləşən, onları təbliğ etmək fürsəti verən nadir bir qüvvə, idman yarışları isə, onun təşkil edən ölkəyə öz tarixini, ənənələrini, ədəbiyyatını, musiqisini nümayiş etdirmək imkanı yaradan və ən başlıcası qlobal sülhə çağırış mahiyyəti daşıyan tədbir olduğunu bildirmişdir. Nazir R.Usubov nəzərə çatdırmışdır ki, yarandığı 1926-cı il 9 mart tarixindən idmanımızın bayraqdarına çevrilən Azərbaycan Respublikasının «Dinamo» idman cəmiyyəti, 2001-ci ildən isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti adlanan bu qurum ölkəmizdə idmanın inkişafına böyük töhfələr verib, şəxsi heyətin fiziki hazırlığında müstəsna rol oynayıb. 

Qeyd olunmalıdır ki, əməkdaşlarımızın döyüş hazırlığının yüksəldilməsi, fiziki və psixoloji gərginliklə bağlı olan əmək funksiyalarının icrasında dözümlüyünün artırılması məqsədilə bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər - cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.  

Fəaliyyəti ərzində bu qədim idman və sağlamlıq ocağında Olimpiya, düna və Avropa çempionları, mükafatçıları yetişib. Eləcə də müstəqillik illərində sıralarımızda xidmət edən polis idmançıları, həm də İdman Cəmiyyətinin yetirmələri həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə yüksək nəticələr əldə ediblər. 

Olimpiya, dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Zemfira Meftaxetdinovanın rəhbərlik etdiyi DİN İdman Cəmiyyətində idmanın təşkili, təlim-məşqlərin yüksək səviyyədə aparılması, perspektivli idmançıların Aşkar edilib, onlara xüsusi diqqət və qayğı göstərilməsi gündəmdə olan məsələlərdir. Burada bütün yaş kateqoriyalarından olanların idmanla məşğul olması üçün lazımi şərait yaradılıb. İdman bölmələrinə ölkənin ən yaxşı məşqçiləri cəlb olunub.    Onlardan nümunə götürən gənc nəsil daha çox idman bölmələrinə, məşq zallarına üz tutur, sağlam həyat tərzini seçirlər. Yarışlardan-yarışlara pöhrələnən, boy atan, qolu-budağı bərkiyən gənclik möhkəm, sağlam köklər üzərində böyüyür. Onların amalı getdikləri ölkələrdə bayrağımızı ucaltmaq, himnimizi səsləndirmək, bizi dünyaya, dünyanı bizə tanıtmaqdır. 

 

İlham Babayev

DİN Mətbuat Xidmətinin şöbə rəisi

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh