Polis mayorunu və dostlarını bıçaqlayan şəxslərin məhkəməsəi başlayıb

Bakıda oğurluq etməkdə və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Səbuhi Hüseynovun sədlriyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə prosesi martın 28-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə, Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o xidmətdə olub.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










