Polis məhkəmədə iş yoldaşının əleyhinə ifadə verdi - Atletlər Kəndi qəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami rayon Polis İdarəsinində növbətçi hissəsinin rəisi Mehman Əliyev dindirilib. O bildirib ki, 2012-ci ildən Nizami rayonunda xidmət edir: "15 ildən çoxdur hüquq-mühafizə orqanlarında çalışıram. 2014-cü ildə idarənin növbətçi hissəsinə rəis təyin edilmişəm. Elçini 2012-cü ildən tanıyıram. Təhlükəsiz Şəhər xidmətində operator kimi çalışırdı. Dəfələrlə kurslara gedib, təlimatları yaxşı bilirdi. Avropa Oyunlarında bizim idarə iki qrupa ayrılmışdı. Gecə və gündüz qrupları. Mən gündüz qrupunun rəhbəriydim və Atletlər kəndində xidmət aparırdım. Hadisə olan zaman həmin bu sürücünü mənim yanıma gətiriblər. Ondan hadisənin hansı səbəbdən baş verməsini soruşduqda, əyləcin tutmadığını demişdi. Həmin qəzanın video görüntülərin sosial şəbəklərdə Elçin Həsənov tərəfindən yayılmasını bilmirdim. Elçinlə əvvəllər eyni otaqda əyləşirdik. Sonradan ayrıca otaq verdilər. Elçin Həsənovun həmin görüntüləri heç kimə vermə ixtiyarı yoxuydu. Təlimatları yaxşı bilirdi. Elçin Həsənov peşakar əməliyyatçıdır. Nə qədər qapalı cinayətləri aşıb. Bunun üçün də dəfələrlə təşəkkür alıb”.
Elçin Həsənov bildirib ki, bu barədə heç bir təlimat almayıb: "Hadisədən 2 gün sonra Mehman Əliyevin otağında bir çox sənədlərə qol çəkmişəm".
Hakim bildirib ki, dəfələrlə çağırılmalarına baxmayaraq, bir çox şahid məhkəməyə gəlməyib. Şahidlərdən 4-ü xarici ölkə vətəndaşıdır. Digər şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.
Məhkmə prosesi iyunun 3-ə təyin edilib.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO










