Polis müstəntiqi Azərbaycandan qaçdı - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Qarayev üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırılıb: “Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”.
Lent.az-ın əldə etdiyi məlumata görə, E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.
Qeyd edək ki, E.Qarayevlə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb. Bildirilib ki, müstəntiq xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollanıb və bu ölkədən siyasi sığınacaq istəyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












