Banner

Polis nasazlıq yaranan maşını itələyib yoldan çıxarmağa kömək etdi - VİDEO

Yol polisi 25 İyun 2025 09:00 Oxunub 1140
Polis nasazlıq yaranan maşını itələyib yoldan çıxarmağa kömək etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın mərkəzi küçələrindən birində vətəndaşların diqqətini çəkəcək hal yaşanıb. Heydər Əliyev Mərkəzinin qarşısınsa avtomobili xarab olan sürücüyə kömək məqsədilə yol polisi əməkdaşı dərhal müdaxilə edib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq sıxlıq yaradıb. Vəziyyəti müşahidə edən yol patrul xidmətinin əməkdaşı çevik reaksiya göstərərək sürücüyə dəstək olub. Polisin köməyi ilə avtomobil təhlükəsizlik baxımından yol kənarına itələnərək çəkilib.

Qeyd edək ki, bu cür humanist yanaşma həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün rahatlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır. Sosial şəbəkələrdə də bu hadisə müsbət qarşılanaraq yol polisinin vətəndaşa yardım etməsi yüksək qiymətləndirilib.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh