Polis oğurluğa cəhd edən şəxsi xüsusi fəndlə zərərsizləşdirdi

Oktyabrın 6-da gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.
Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.
İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyən edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon Prokurorluğuna göndərilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşıs
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












