Polis olmaq istəyən qadınların diqqətinə - Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti işə qabulla elan yayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, elanda bildirilir ki, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Respublikanın Quba və Mingəçevir “ASAN xidmət” mərkəzlərində ümumilikdə 38 (Quba “ASAN xidmət” mərkəzi 19, Mingəçevir “ASAN xidmət” mərkəzi 19) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Quba rayonunda və Mingəçevir şəhərində (ətraf rayonlarda) daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2017-ci ilin avqustun 7-dən sentyabrın 7-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- əmək kitabçası (olanlar üçün)
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












