Polis övladları yüksək bal toplayıb - FOTO

Ali məktəblərə qəbul imtahanları və onun həyəcanı artıq arxada qaldı. Sevinənlər də oldu, məyus olanlar da. Həyatın ilk sınağından qalib çıxanların, yüksək balla ali məktəblərə daxil olanların içində həmkarlarımızın övladlarının olmasına çox sevindik. Həm də biləndə ki, onlardan bəziləri valideynlərinin yolunu davam etdirib gələcəkdə polis olmaq arzusundadırlar, bu, gələcəyə olan inamımızı daha da artırdı.
Demək, bizdən sonra savadı, bilik və bacarığı, səmimiyyəti ilə xalqa, dövlətə xidmət edəcək gənclər yolumuzu inamla və uğurla davam etdirəcək.
Onlardan bir neçəsi ilə sizləri tanış etmək istəyirik.
Ramazanov Elvin Əliyar oğlu 2000-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbi əla qiymətlərlə bitirib. Qəbul imtahanlarında III qrup üzrə 682 bal toplayaraq DİN-in Polis Akademiyasına daxil olub. Elvinin atası Əliyar Ramazanov DİN-in Polis Akademiyasının əməkdaşı, polis mayorudur.
Aydan və Nigar Quliyevalar da polis övladlarıdır. Ataları Əjdər Quliyev DİN-in Polis Akademiyasında “DİO-da xüsusi texnika” kafedrasının rəisi, polis polkovnikidir. Bacılar bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Akdəniz Universitetinin “İç memarlıq və çevrə tasarımı” fakultəsinə qəbul olunublar.
Gənclərimizi təbrik edir, uğurlar arzulayırıq.
Hafiz Təmirov,
polis mayoru
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














