Polis polkovnikindən açıqlama - AP 400 danışdı– VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Rəşadət Babayev barəsində yazılanlarla bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, hamilə qadını söyüb onun həyat yoldaşını vurması barədə yazılanlar yalandır: "Orada heç bir insident olmayıb. Bir neçə gün əvvəl həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı quraşdırılıb. Orada yaşayanlar isə bundan narahat olublar. Çünki əvvəllər 2-3 cərgədə maşın saxlayıb yolu kəsirdilər. Mən də oradan keçəndə gördüm ki, inspektor sürücüdən maşını götürməyi tələb edir, lakin sürücü ona müqavimət göstərir, göstərişə əməl etmir. Özüm yaxınlaşdım ki, nə baş verdiyini aydınlaşdıram. Maşından qadın düşüb dedi ki, hamiləyəm, dedim, zəhmət olmasa siz maşına əyləşin, sürücü ilə yol polisi öz aralarında məsələni yoluna qoyacaqlar. Sonra sürücü səs-küy salmağa başladı. Lakin inspektor öz işini gördü. Orada kimisə vurmamışam, təhqir etməmişəm. Yazılanların hamısı yalandır".
Rəşadət Babayev bildirib ki, bu xəbəri yayanları məhkəməyə verəcək. Çünki o görüntülərdə kiminsə təhqir edilməsi və ya döyülməsi əksini tapmır: "Sadəcə olaraq, orada yaşayan sakinlər özləri ssenari hazırlayıb yol polisinə ləkə yaxmağa çalışırlar. Çünki yol polisinin həmin əraziyə qoyduğu nişan onları narahat edib".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da Avtosfer.az-a bildirdi ki, bu cür yalan məlumatlar yayanların hamısı məhkəməyə veriləcək: "Yazılanlarla görüntülər arasında heç bir əlaqə yoxdur. Orada kimsə döyülməyib, kimsə təhqir edilməyib. Bakının Tbilisi prospkekti, "20 Yanvar" dairəsi və "Şamaxinka" adlanan ərazi şəhərə giriş-çıxış rolunu oynayır. Bu baxımdan yol polisləri həmin ərazilərdə dayanma-durma qaydalarını pozan sürücülərə qarşı sərt mübarizə aparır. Bu videonun yayılması da həmin polislərə qarşı qarayaxma kampaniyasıdır. Orada yarı rus, yarı Azərbaycan dilində danışan gənclər özləri belə bir xəbəri bəzəyib mətbuata ötürüblər. Mətbuat isə bunu araşdırmadan, dəqiqləşdirmən yayıb və yol polisinin nüfuzuna xələl gətirib. Yəqin ki, DYP olaraq həmin məlumatları yayanlar məşkəmə qarşısında cavab verməli olacaqlar".
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












