Polis rəisi sakinin evini təmir etdirdi - FOTOLAR

Qusar Rayon Polis Şöbəsi Şahdağ Polis Bölməsinin rəisi evsiz qalmış sakinin problemini həll edib. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, artıq yanan evdə təmir işlərinə başlanılıb və yaxın günlərdə Osmanovlar ailəsi təmir olunmuş evlərində yaşayacaqlar.
Qeyd edək ki, iyunun 21-də Qusar rayonu Əniq kənd sakini Qızbacı Osmanovanın evində yanğın baş verib. Kənd sakinlərinin vaxtında müdaxiləsi nəticəsində ev sahibi və 3 azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olub. Amma yanğının qarşısı alınsa da, Qızbacı Osmanovanın evi yaşamaq üçün tamamilə yararsız vəziyyətə düşüb. Əniq kənd sakinləri çətin durumda qalan Osmanovlar ailəsinin üzləşdiyi problemin aradan qaldırılmasına kömək göstərilməsi üçün Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət ediblər. Bölmə rəisi, polis mayoru Səbuhi Rüstəmov vətəndaşlarla görüşərkən onların xahişini nəzərə alaraq, Qızbacı Osmanovanın evinin yenidən təmir olunmasına yardım edəcəyinə söz verib.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO






















