Polis rəisinin müavinini şantaj edən qadına 5 il həbs verildi

Polis rəisinin müavinini şantaj etməkdə ittiham edilən qadına hökm oxunub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Dövlət ittihamçısı Vəfa Dadaşovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən V.Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olub. Zərərçəkmişlər iddia edirlər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib.
Qeyd edək ki, V.Dadaşova hazırlıq iclasında həbs edilmişdi. Zərərçəkmiş zəxslərdən Pərviz İsmayılov İsmayıllı rayon Polis şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













