Polis saxta alkotesterdən istifadə edir? - AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə yol polisinin sürücüləri saxta alkotesterlə yoxlaması ilə bağlı iddialar gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov atv.az-a açıqlama verib: “Bu xəbərin yayılması bəzi şəxslərin yol polisinin işinə kölgə salmaq istəyidir. Bu gün inkişaf etmiş bir ölkədə bütün standartların tələbinə cavab verən və müasir texniki avadanlıqla təchiz edilmiş bir idarə haqqında kiminsə belə iddialar irəli sürməsi, yazması nə qədər doğrudur? Alkotesterlərin saxta olmadığını bilmək üçün inspektorlara müraciət etməklə, onlarda olan texniki vasitələri görə bilərsiniz. Ya da bizim idarəyə müraciət edib öyrənə bilərsiniz, bu alkotesterlər haradan gətirilir, necə istifadə olunur. Onda bir daha şahidi olarsınız ki, bu deyilənlər cəfəngiyyatdır.
Bu gün avtomobillərin sərxoş sürücülər tərəfindən idarə olunması ilə bağlı informasiya yaydım. Təxminən, 1000-dən artıq spirtli içkinin təsiri altında avtomobil idarə edənlər aşkarlanıb. Onların hər birinin tibbi müayinədən keçməsi təmin edilib. Həmin şəxslərin öz dili ilə desək, onlar həqiqətən də spirtli içkinin təsiri ilə avtomobil idarə etdikləri üçün əməkdaşlarımız tərəfindən saxlanılıb və qanunvericilikdə nəzərdə tutulduğu kimi də sənədləşdirilib. Çox təəssüflər olsun ki, bu gün heç bir araşdırma aparmadan yayılmış informasiya geniş rezonans doğurur. Bu da istər-istəməz narahatlıq doğurur. Bu yolverilməzdir”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












