Polis serjantlarının xidmət müddəti artırılır - Sənəd qəbul edildi

Azərbaycanda polis kiçik serjantının, polis baş serjantının xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda xidmət müddəti başa çatdıqdan sonra daha 5 il artırıla bilər. Avtosfer.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsi müzakirə olunub. İndiyədək, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan yalnız orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilərdi.
Dəyişiklik layihəsinə əsasən, bu qayda kiçik (siyahısı mübafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) rəis heyəti vəzifəsində işləyən əməkdaşlara da aid ediləcək.
Qeyd edək ki, orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar 55 yaşına qədər, sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar isə 50 yaşına qədər xidmətdə ola bilərlər.
Layihədə bildirilib ki, bu dəyişiklik Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını, qənaət etmək məqsədilə genişləndirilməsi təklif olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












