Polis turistin metroda itirdiyi pulqabı və sənədləri tapıb təhvil verdi - Bakıda

Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, turist heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib. Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May" stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər. Bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə Polis Şöbəsinə gətiriblər. Bundan sonra metronun "Azadlıq" stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu təhvil veriblər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












