“Polis uşaqların gözü ilə” - FOTO

Xəzər Rayon Polis İdarəsi rəhbərliyinin təşəbbüsü ilə Şüvəlan qəsəbəsindəki 237 saylı tam orta məktəbdə təşkil olunmuş “Narkomaniya sosial bəladır”, “Polis uşaqların gözü ilə” və gələcəyimiz olan övladlarımızın həyatı üçün təhlükəli olan sosial şəbəkələrdə yayılmış oyunlardan uzaq olmaları mövzusunda növbəti geniş profilaktiki və maarifləndirici tədbir keçirilib. Tədbirdə RPİ-nin rəisi, polis polkovniki Azər Muradov çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd edib.
RPİ rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovniki İsmayıl Qasımov və Polis Akademiyasının İnzibati hüquq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov “Polis uşaqların gözü ilə” mövzusunda çıxış edərək gənclərə vətənimizə, dövlətimizə sadiq olmağı, vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin hünərlərindən nümunə götürməyi, vətənpərvərlik ruhunda böyümələrini tövsiyə ediblər.
Daha sonra Xəzər RPİ-nin əməkdaşları və müəllimlər azyaşlıların sosial şəbəkələrdə yayılan təhlükəli oyunlardan qorunması üçün onların kompyuter və telefonlarına valideynlər tərəfindən nəzarətin gücləndirilməsini tövsiyyə ediblər. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şüvəlan qəsəbəsinin ağsaqqalları və ictimayət nümayəndələri də qatılıaraq, şagirdlərə öz tövsiyələrini veriblər.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO

















