Polis veteranının yeni yaradıcılıq uğuru

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin və DİN Veteranlar Şurasının üzvü, istefada olan polis polkovniki, Georgi Zapletinin yeni kitabı işıq üzü görüb. Həmişə maraqlı tapıntıları, toxunduğu aktual mövzularla oxucuların diqqətini çəkən veteran həmkarımız növbəti kitabında məşhur həmyerlimiz, SSRİ və Rusiyanın müdafiə sənayesinin görkəmli təşkilatçısı David Hüseynoviç Paşayevin əmək fəaliyyətindən söz açıb.
Beş fəsildən ibarət kitabda müəllif G.Zapletin məşhur həmyerlimizin istehsalat və ictimai fəaliyyətindən söz açıb, doğmalarının, yaxınlarının və həmkarlarının onun haqqında xatirələrini toplayıb. "O, Azərbaycana şöhrət qazandırdı" adlı fəsildə 1994-cü ildə Rusiya səfirliyində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həmvətənimizin uğurlarını yüksək dəyərləndirməsi yer alıb.
D.Paşayev "qapalı" Sevedvinsk maşınqayırma müəssisəsində atom sualtı qayıqlarının istehsalı sahəsində qırx ildən artıq bir müddətdə çalışıb. On altı il ərzində qırx min insanın işlədiyi həmin birliyin baş direktoru olub. Müəssisəyə Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin tərkibində yeddi iri birliklər, zavodlar, elmi-istehsalat və konstruktor birlikləri daxildir. Bu nəhəng birliyə soydaşımızın rəhbərlik etməsi xalqımızın qəhrəman, igid, yüksək bilik və bacarığa malik övladlarının nəinki ölkəmizdə, eləcə də, respublika hüdudlarından kənarda da yüksək nailiyyətlər əldə etməsinin bariz nümunəsidir.
Tanınmış həmyerlimiz 1995-ci ildə o, xüsusi tapşırığın yerinə yetirilməsi zamanı göstərilən qəhrəmanlığa və igidliyə görə “Rusiya Federasiyası Qəhrəmanı" fəxri adına layiq görülüb.
D.Paşayev atom sualtı qayıqlarının üç nəslinin işlənib hazırlanmasına və yaradılmasına görə elm və texnika sahəsində iki dəfə Rusiya Federasiyası Dövlət mükafatı ilə təltif olunub.
Aytən Nəcəfova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












