Polis veteranları cəbhə bölgəsində görüşlər keçiriblər

Daxili İşlər Nazirliyinin (DİN) Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və bir qrup polis veteranı cəbhəboyu Tərtər və Goranboy rayonlarında səfərdə olub. DİN-in mətbaut xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə Tərtər rayon mədəniyyət evində "Milli vətənpərvərlik tərbiyəsi" mövzusunda Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəblərin pedaqoji kollektivləri, yuxarı sinif şagirdləri, şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov qeyd edib ki, bu gün ölkəmiz dünya birliyində öz layiqli yerini tutub.
DİN-nin Veteranlar Şurasının sədri F.Süleymanov çıxışında bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.
Sonra belə tədbir Goranboy rayonunda keçirilib.
Bu görüşlərdə DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları - polis polkovnik-leytenantı Elxan Mürsəlov və polis polkovnik-leytenantı Laçın Paşayev iştirak ediblər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















