Polis veteranları fəalliq göstərirlər

Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi, polis və vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin təmini, cinayətlərin profilaktikası məqsədi ilə polis veteranları vaxtilə çalışdıqları ərazi polis orqanları və nizami hissələrdə daha sıx təşkilatlanaraq fəallıq göstərirlər. Polis veteranları şəxsi heyətin xidməti və peşə hazırlığında gənc əməkdaşlara əməli köməklik göstərilməsində bacarıqlarını əsirgəmirlər.
Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə polis şöbələri rəhbərliyi və aidiyyatı xidmət əməkdaşları polis veteranları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, kəndlərdə vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.
Belə görüşlərin bir neçəsi bu yaxınlarda Tovuz RPŞ-nin veteranlar şurasının təşəbbüsü ilə gerçəkləşib. Şura üzvləri rayonun ayrı-ayrı təhsil müəssisələrində, Qaraxanlı kənd mərkəzində Xatınlı, Qədirli, Əyyublu, Qovlar şəhərində və digər kəndlərdə vətəndaşlarla görüşlər keçirərək əhali arasında maarifləndirmə işləri aparıblar.
Yeri gəlmişkən, cari ilin ötən dövründə RPŞ-nin veteranlar şurasının üzvləri 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət, 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxlərin müəyyən edilməsində, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyən edilməsində, 7 itkin düşmüş şəxsin tapılmasında yaxından köməklik göstəriblər.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis baş leytenantı
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










