Polis yolda qalan sürücüyə kömək edir, bu gənc da onları ələ salır - VİDEO

Sosial şəbəkələrdə yayılan bu görüntüləri çəkən gəncin deyəsən, şüurunda problem var. Avtosfer.az bildirir ki, bu video oktyaörın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayır və onların bu hərəkətini ələ salmağa çalışır. Onun ironiyalı danışığı sanki polisə qarşı ikrah hissini ifadə edir. Ona aydın olsun deyə diqqətə çatdırırıq ki, polisin xidməti vəzifələrindən biri də yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan, yolda qalan avtomobili itələyib kənara çıxarmaq qəbahətli bir iş deyil. Əksinə, polisin insani keyfiyyətlərini bir daha nümayiş etdirir. İndiyədək dəfələrlə belə kadrlar yayılıb və nümayiş etdirilib ki, polis yağışlı-qarlı havalarda yolda qalan sürücülərə kömək edir, onların maşınlarını itələyib yoldan kənara çıxarır. Bu kadrlarda da polis eyni işi görür. Əgər bu gənc düşünürsə ki, polislər ancaq AA seriyalı avtomobilə qarşı belə ediblər, çox böyük səhv edir. Sosial şəbəkələrdə axtarışa versə onlarla bu cür görüntüyə rast gələ bilər. Tapa bilməzsə, bizə müraciət etsin, biz göstərək. Amma polislərin buradakı zəhmətini yerə vurmaq düzgün hərəkət deyil. Özünü şou proqamın aparıcısı zənn edən bu gənc bu görüntünü çəkib yayarkən polisin zəhmətindən normal qaydada bəhs etsəydi, cəmiyyət onu daha normal qəbul edərdi. Amma bu cür davranışı ilə göstərdi ki, içində polisə qarşı ikrah hissi var və məqsədi də, polisə ləkə yaxmaqdır. Hətta, polisin yaxşı işini də pis göstərməyə çalışır. Hansı ki, getdiyi yolda rahat və təhlükəsiz hərəkətin məhz polislər tərəfindən təşkil olunduğunu unudur.
Demirik ki, polislərin arasında qayda-qanunu pozan, vətəndaşları incidənlər yoxdur. Var. Və belələri aşkar olunduqda dərhal cəzasını alır. Amma bu görüntüdə «budur, polislər maşını itələyir, çörəkpulu qazanır» kimi ironiyalı ifadələr işlətməklə sanki polisin qəbahətli bir iş gördüyünü göstərməyə çalışır. Polis öz işini görüb kiməsə kömək edirsə, bunu ələ salmağın nə mənası var? Polis yaxşı iş görür, vay, görmür, yenə vay.
Məsələ burasındadır ki, o maşın yolun ortasında qalsaydı, polis də köməyə gədməsəydi, onda da çəkib göstərəcəkdilər ki, baxın, maşın qalıb burada, polis kömək etmir. Polis kömək edəndə də dişlərini ağardıb hırıldayan biri çəkib göstərir ki, baxın, polis maşın itələyir. Beləsinin beyninə bir az da ağıl itələmək lazımdır…
Elməddin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











