Polisdən sükan arxasında yuxulu əyləşən sürücülərlə bağlı VACİB AÇIQLAMA

Sürücülərin sükan arxasında yuxulaması ağır qəzalara səbəb olur.
Ötən gün də növbəti belə hadisə baş verib.
Belə ki, saat 04:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də 1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi “Ford Transit” markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi “Howo” markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub.
Qəza nəticəsində “Ford” markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə “Ford” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev bildirib ki, son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur:
“Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.
Baş Dövlət Yol Polisi İdarəsi olaraq, belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edirik. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən də istifadə edə bilərsiniz”.
Yol faciəsində daha bir uşaq atasız qaldı - Şöbə rəisindən ÇAĞIRIŞ - FOTO
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ











