Polisə müqavimət göstərən sürücü həbs edildi – Yoldan keçən vətəndaş narazı qaldı

Bu gün Nazim Səfiyev adlı vətəndaşın Şirvan şəhər Dövlət Yol Polisi Şöbəsində təhqirə və kobud münasibətə məruz qalması ilə bağlı yazdığı yazıya Baş Dövlət Yol Polisi İdarəsi cavab verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həmin vaxt Şirvan şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları üzərində istifadəsinə icazə verilməyən pərdə olan "Prado" markalı avtomobili saxlayıblar. Avtomobilin Sabirabad rayonundan olan sürücüsü yol polislərinə müqavimət göstərdiyi üçün əraziyə Post-Patrul Xidmətinin əməkdaşları dəvət olunub. PPX əməkdaşları sürücünü Şirvan şəhər Polis Şöbəsinə aparıblar. Burada onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmə isə həmin sürücünün barəsində 10 gün inzibati həbs qərarı çıxarılıb. Sürücü bu qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib. Lakin Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb: "Bu materiala bağlı Hirvan şəhər Dövlət Yol Polisi Şöbəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən də Nazim adlı şəxs şöbəyə gəlib və həmin sürücünün buraxılmasını xahiş edib. Lakin ondan soruşanda ki, sürücü sizin nəyinizdir? Bildirib ki, heç nəyim".
O ki qaldı yol polisi əməkdaşlarının vətəndaşı ələ salıb təhqir etməsinə, Kamran Əliyev bildirdi ki, belə hal baş verməyib. Sadəcə vətəndaşın istəyi baş tutmadığı üçün o, bu cür məlumat yayıb.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












