Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMA

Yol polisi 6 Oktyabr 2022 12:34 Oxunub 3150
Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə polisə aid videolara tez-tez rast gəlinir. Bəs hansı hallarda polisi videoya çəkmək olar ?

Bu və digər sualların cavabını tapmaq üçün hüquqşünas Şamil Paşayevə müraciət elədik.

Hüquqşünas bildirdi ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən şəxsi həyata müdaxilə yolverilməzdir.
Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMA

"Əgər polis yolda xidmət aparırsa, bu şəxsi həyat və ya ailə həyatı sayılan məlumatlar deyil. Xidmətin aparılmasını düzgünlüyünü müəyyən etmək üçün vətəndaşların polisi və ya digər vəzifəli şəxsləri videoya çəkmək ixtiyarı var. Burda heç bir qanun pozuntusu yoxdur, buna görə sizi cərimələyə bilməzlər".

"Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı bir sıra videogörüntülərin əksəriyyətində xidmət aparan polis əməkdaşlarının heç bir qayda pozuntusuna yol vermədiyi halda xidməti başında lentə alındıqları aydın görülür".

Bu sözləri BDYPİ-ninin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında deyib.

O bildirib ki, sürücü və sərnişinlərin bir qismi heç bir qayda pozuntusu törətməyən DYP əməkdaşılarını və ya patrul avtomobillərini çəkərək onlara səsli şərh verirlər:
"Görünən odur ki, onlar bunu etməklə polis əməkdaşlarının hansısa bir qanunsuz əmələ yol verdiyi təəsüratını yaratmağa çalışırlar. Araşdırmalar onu göstərir ki, bu kimi hərəkətlərə yol verən şəxslərin çoxu törətdikləri qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb olunan şəxslərdir. Görünür onlar bu yolla DYP əməkdaşlarından əvəz çıxmağa çalışırlar. Ancaq əlbətdəki bu düzgün bir yanaşma deyil. Onlar bilməlidirlər ki, DYP əməkdaşları tərəfindən edilən hər bir xəbərdarlıq, tərtib edilən hər bir protokol onların təhlükəsizliyi naminə edilir. Əgər qayda pozuntusu vaxtında aşkar edilib tədbir görülməsəydi bəlkə də həmin o sürücü hansısa bir yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilə bilərdi.
Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMAQeyd olunan videogörüntülərinin digər bir qismi isə özünü bloger adlandıran şəxslər tərəfindən çəkilir ki, onlar da böyük ehtimal bunu oxucu kütləsinin diqqətini cəlb etmək məqsədilə edirlər.
Təəssüf doğuran məqam isə odur ki, hadisələr konteksdən çıxarılır. Çünki, çəkilən kadrlar tam paylaşılmır. Çəkilişi aparan şəxslər özlərinin səhvini ifşa etmək istəmirlər. Həmin şəxslər görüntünü montaj etməklə özlərinə sərf edən dialoqları paylaşmaqla özlərini dırnaq arası qalib hesab edirlər. Lakin unudurlar ki, daxil olan bütün şikayətlər, müraciətlər tərəfimizdən obyektiv şəkildə araşdırılır.
Həmin videogörüntülərin çoxuna baxanda görünür ki, həmin şəxslərin əksəriyyəti məsuliyyətdən yayınmaq məqsədilə o çəkilişləri aparırlar. Onlar təzyiq göstərmək üçün bu işə əl atırlar. Amma yol patrul xidməti haqqında təlimatda konkret göstərilir ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olmalıdır və sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınmalıdır. Hətta vətəndaş o çəkilişi aparmasa belə, yol patrul xidməti avtomobilində bu çəkiliş aparılır.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sürücü ilə əməkdaş arasında baş verən insidentin araşdırılması məqsədilə çəkiliş aparılırsa, onsuzda bu materiallar bizdə olur, şikayətçı tərəfin iştirakı ilə həmin gürüntülərə onun iştiraki ilə baxış keçirilir, eyni zamanda məhkəmə və digər orqanlarda aparılan araşdırma zamanı həmin görüntülər tərəfimizdən aidyyatı qurumlara təqdim edilir. Yaxşı bəs belə olduğu halda sual yaranır ki, niyə kimlərsə tərəfindən belə görüntülərin çəkilərək paylaşılmasına ehtiyac duyulur? Deməli burada məqsəd başqadır.Mən belə hesab edirəm ki, bu məqsəddə hər birimiz üçün aydındı və həmin videogörüntülərlə bağlı yazılmış şərhlərə diqqət yetirsək görərik ki, vətəndaşlarımız polislərə öz dəstəklərini bir daha göstərirlər və həmin görüntülərin nə məqsədlə çəkildiyini bildiklərini ifadə edirlər".
Eyni zamanda onuda qeyd etmək istəyirəm ki, əgər belə hallar müəyyən olunarsa ki, sürücü qayda pozuntusuna görə saxlanılıb, lakin yol patrul xidməti inspektoru sürücünün videoçəkiliş aparmasını görərək onun qayda pozmasına göz yumub, barəsində heç bir inzibati tədbir görməyib, həmin hallarda bizim əməkdaşlar intizam məsuliyyətinə cəlb olunur. Bilinməlidir ki, belə üsullara əl atmaqla heç bir kəs məsuliyyətə cəlb olunmaqdan yayına bilməz"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh