Polisi qətlə yetirmiş azərbaycanlı sürücüyə 24 il HƏBS

Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub. APA-nın verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq "Qazel" markalı yük maşınına qoyub və qaçırıb. Moskva Dairəvi avtomobil yolunda polis N.Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N.Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N.Rəşidov polisə bıçaqla xəsarət yetirib. Xəsarətlərdən polis serjantı hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












