Polisimiz dünya kubokunu qazandı - FOTO

Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər. Bu yarışlar əvvəlki illərdə olduğundan iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib. Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb.
Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artıran təmsilçimiz DİN-in Polis Akaemiyasının V kurs kursantıdır.
İlham Babayev,
DİN Mətbuat Xidmətinin şöbə rəisi,
polis polkovnik-leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















