Polisimizdən daha bir qələbə - FOTO

Bu gün ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bayrağımızı ucaldır, himnimizi səsləndirir, ölkəmizi ən yüksək idman arenalarında layiqincə təmsil edirlər. Paytaxtımızda olduğu kimi, regionlarda da Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib-istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir.
Yaradılan şəraitdən, verilən bu fürsətdən həmkarlarımız da maksimum dərəcədə yararlanmağa, xidmətdə olduğu kimi, idmanda da öz sözlərini deməyə çalışırlar. Bunun nəticəsidir ki, onlar bir çox yarışlarda iştirak edir, böyük nailiyyətlər qazanırlar.
Belə əməkdaşlardan biri də ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində Quba RPŞ-nin əməkdaşları ilə birgə xidmət aparan, polisə ictimai dəstəyin üzvü Murad Səlimovdur. O, idmanın kiqboksinq növü ilə məşğul olur, yarışlarda öz gücünü sınayır. Uğurları, nailiyyətləri çoxdur. İdmançımız oktyabrın 20-də və 22-də Kik-boksinq idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Bakı şəhər açıq çempionatında növbəti uğura imza atıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həmin idman növündə böyüklər arasında 75 kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.
Yeri gəlmişkən, o, ölkə daxilində keçirilən yarışlarda olduğu kimi beynəlxalq yarışlarda da gücünü sınayıb. 2013-cü ildə keçirilmiş respublika birinciliyi, elə həmin il keçirilmiş “Milli Qəhrəman Mübariz İbrahimov” adına Şimal zona birinciliyi və bir çox yarışlar maraqlı məqamlarla, onun qalibiyyəti ilə yadda qalıb.
Ən əsası, Murad 2015-ci ildə Bakıda keçirilmiş kiqboksinq üzrə Dünya kubokunun sahibi olub və Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən Kiqboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif olunub.
Murad məsuliyyət hissini heç vaxt unutmur, verilən tapşırıqları vaxtında yerinə yetirir və ona olan etimadı doğrultmağa çalışır.
İnanırıq ki, həmkarımız bundan sonra da bizləri sevindirəcək, daha böyük qələbələrə imza atacaq.
Uğur olsun!
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru,
polis leytenantı
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ











